Pullarınızı qənaətlə xərcləyin... Ulduzlar belə məsləhət bilir
OĞLAQLAR bacarıqlı və çalışqan olmaları ilə diqqəti cəlb edəcəklər. İşdə münaqişəli vəziyyətləri yoluna qoymaq lazım gələcək. Nəticədə vəzifələrinizə başqa cür yanaşacaqsınız. Maddi imkanlarınızdan səmərəli istifadə etməlisiniz.
DOLÇALAR səbir və inadla hərəkət etməlidirlər. Bu həftə sayı-hesabı bilinməyən xırda problemləri həll etmək üçün çoxlu zəhmət və vaxt sərf edəcəksiniz. Sizdən çıxmayan iş – həftə sonuna yaxın başqalarının başına ağıl qoymağa çalışacaqsınız. Bunu etməmişdən əvvəl onların buna ehtiyacı olub-olmadığını barədə düşünün. Həftənin ikinci yarısı əlinizə pul gələcək.
BALIQLAR istedadlarını tətbiq etmək üçün yeni fəaliyyət sahələri axtarmalıdırlar. Doğru yoldasınız. Hər şey istədiyiniz kimi olacaq. Amma hər şeyə birdən-birə nail olacağınızı düşünməyin. İşiniz başınızdan açacaq və çiyninizə artıq yük götürdüyünüzə görə bəzən acı təəssüf hissi keçirəcəksiniz. Amma bir məsələ də var ki, zəhmət çəkmədən rahatlığın qədrini bilmək mümkün deyil.
QOÇLAR, yaxşı olar, bu günlər tələsmədən hərəkət edəsiniz. Qaydalara əməl edib, təzadlı hisslərinizi cilovlamağa çalışın. Rəhbərliklə aranızda problem yarana bilər. Üstəlik, ortaya rəqibin çıxması ehtimalı var. Qərarlarınızda möhkəm olun. Xüsusən, sənəd məsələlərində son dərəcə diqqətli olun. Diqqətsizliyiniz mövqelərinizi laxlada bilər. Maliyyə cəbhəsində müvəqqəti sakitlikdir. Pullarınızı qənaətlə xərcləyin.
BUĞALAR üçün münaqişələr yolverilməzdir. Bitərəf mövqe tutub sakitcə öz işinizlə məşğul olun. Bu günlər diqqət mərkəzindəsiniz. Çətin ki, münaqişələrdən canınızı qurtarasınız. Amma narahat olmayın. Vəziyyət tezliklə qaydaya düşəcək. Bu günlər maliyyə çətinlikləriniz yaranacaq, amma borca girməsəniz, bu çətinlik uzun sürməyəcək.
ƏKİZLƏR əldə etdiklərinin müdafiəsinə qalxmalıdırlar. Vəzifənizi artırmaq, faydalı əlaqələr qurmaq imkanı var. Başqalarının başına ağıl qoymaqdan vaz keçin, onların dünyagörüşünə anlayışla yanaşın, nəzakətli olun. Maliyyə cəbhəsi sabitdir. Əlinizə yaxşı pul gələcək. Hamısını birdən xərcləməyin. Bir qədər yığımcıl olun.
XƏRÇƏNGLƏR üçün həftə uğurlu olmağı vəd edir. Ya mükafat alacaqsınız, ya da məvacibiniz artırılacaq. Yaxşı olar, bu qəfil pulları sərfəli bir işə yatırasınız ki, sabit gəliriniz olsun. Maddi durumunuzun yaxşılaşdığını aləmə car çəkmək lazım deyil.
ŞİRLƏR nəzərdə tutulmayan görüşlərin və hadisələrin əlverişli gedişatı sayəsində çox fəal olacaqlar. Məqsədyönlü və cəsarətli hərəkətlərinizlə sizi narahat edən bütün məsələlərin həllinə nail ola bilərsiniz. Ətrafınıza həmfikirlər toplamaq bacarığınız sizə kömək edəcək. Liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün çox yaxşı imkan yaranacaq.
QIZLAR həftənin əvvəlindən özlərini harmonik bir aləmdə hiss edəcəklər. Arzularınız imkanlarınızla üst-üstə düşəcək, yaxud imkanlarınız arzularınızı həyata keçirməyə imkan verəcək. Bütün təşəbbüsləriniz uğurlu olacaq. Nəticədə indiyədək yalnız kağız üzərində olan cəsarətli ideyalarınız yavaş-yavaş həyata keçməyə başlayacaq. Ən böyük dəstək isə yaxınlarınızdan gələcək.
TƏRƏZİLƏR öz imkanları barədə düşünməlidirlər. Ola bilsin, özünüzü qiymətləndirə bilmirsiniz. Başqalarının dalınca qaçmağa çalışmayın. Məqsədə çatmaq üçün, yaxşı olar, öz yolunuzu seçəsiniz. Çoxdankı arzunuzu həyata keçirmək üçün əlverişli məqam məhz indi yaranıb. Sizi də qeyd-şərtsiz yaxınlarınız dəstəkləyəcək.
ƏQRƏBLƏR diqqətlərini xırda detallar üzərində cəmləşdirməlidirlər. Bu həftədən başlayaraq hər bir işinizin nəticəsi məhz xırdalıqlardan asılı olacaq. Yaxşı-yaxşı düşünün, ilk baxışda mənasız görünən sərfəli təklifi qulaqardına vurmayın. Bütövlükdə həftə xoş ovqat vəd edir. İşgüzarlığınız artacaq, işinizin bəhrəsi gözlədiyinizdən qat-qat yüksək olacaq.
OXATANLARA həftə gözəl əhval-ruhiyyə bəxş edəcək, imkanlarını reallaşdırmaq üçün şərait yaranacaq. Yaranmış əlverişli zamanı nəyə sərf edəcəyinizi yaxşı-yaxşı düşünüb düzgün qərar qəbul etməlisiniz. Çevik və tədbirli olmalısınız. Boş inad hələ heç kəsə fayda gətirməyib. Ola bilsin, tərəf-müqabiliniz də öz işində gözəl nəticələrə nail olacaq. Onun sevincindən sizə də pay düşəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB