Təmiz səma altında yaşamaq, kədər və qəm-qüssədən uzaq quşların nəğməsinə qulaq asaarq xoşbəxt ölkələrdə yaşayan insanlar təbiətlə harmoniya təşkil edir. Belə xoşbəxt ölkələrdən biri Danimarka krallığıdır.
Danimarka BMT-nin tərtib etdiyi dünyanın 10 ən xoşbəxt şəhəri siyahısında birinci yerdədir. Norveç siyahıda ikinci, təbii mənzərəsi ilə turistləri cəlb edən İsveçrə xoşbəxt ölkələr siyahısında üçüncü yerdədir. Siyahıda sonrakı yerləri müvafiq olaraq Hollandiya, İsveç, Kanada, Finlandiya, Avstriya, İslandiya və Avstraliya tuturlar.
Xoşbəxt ölkələr siyahısının üçüncü onluğunda Fransa 25-ci, Almaniya isə 26-cı yerlə kifayətlənib.
Maraqlıdır ki, latın Amerikasından Panama dövləti Fransa və Almaniyanı qabaqlayaraq 15-ci yerdə qərarlaşıb.
Müsəlman ölkələri arasında yalnız Oman xoşbəxt ölkələr siyahısına düşə bilmişdir. Oman bu siyahıda 23-cü yerdədir.
Siyahı tərtib olunarkən əsasən, əhalinin yaşayış səviyyəsini müəyyənləşdirən meyarlar nəzərə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB