Səudiyyə Ərəbistanı milyarderlərin sayına görə regionda liderdir
Səudiyyə Ərəbistanı milyarderlərin sayına görə Yaxın Şərq və Şimali Afrika regionunda liderdir. Bu barədə "Arab News" saytı "UBS World Ultra Wealth Report" şirkətinin illik məruzəsinə istinadla xəbər verir.
Nəşr qeyd edir ki, 2013-cü ildə Səudiyyə Ərəbistanında ümumilikdə 204 milyard dollarlıq var-dövlətə sahib 64 multimilyarder olub. Ölkədə eyni zamanda 285 milyard dollarlıq sərvətə sahib 1360 sadə varlı şəxs hesaba alınıb.
İkinci yerdə ümumilikdə 190 milyard dollar sərvəti olan 1050 milyarderlə Birləşmiş Ərəb Əmirliyi qərarlaşıb. Sonrakı yeri 145 milyard dollara sahib 845 varlı vətəndaşı olan Küveyt tutur. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliyinin 37 daha varlı sakini 45 milyard dollarlıq sərvətə sahibdir.
Bütövlükdə, Yaxın Şərqdə ümumilikdə 880 milyard dollar kapitalı olan 5300 varlı şəxs var.
Məruzədə deyilir: "Dünyada iqtisadi və geosiyasi qeyri-müəyyənliyin saxlanmasına baxmayaraq, planetin həddən artıq varlı sakinlərinin sayı 2013-cü ildə də artmaqda davam edərək, 28 trilyon dollar kapitala malik 199 235 nəfər təşkil etmişdir. Ötən ildəki ilə müqayisədə varlıların sayı altı faiz artmışdır".
2013-cü ildə hədsiz varlı insanlar öz gəlirlərinə daha 2 trilyon dollar əlavə ediblər ki, bu da Hindistanın ümumi daxili məhsulundan çoxdur. Dünyada 6,5 trilyon dolları olan 200-dən artıq yeni milyarderlər də ortaya çıxıb.
ABŞ və Avropa iqtisadiyyatı Asiya iqtisadiyyatından daha sürətlə inkişaf etməsinə baxmayaraq, Asiya dünyaya ABŞ-ın və Avropanın birlikdə verdiyindən daha çox multimilyarder verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB