La-Manş boğazı altındakı tunel ilk dəfə olaraq turistlər üçün açılır. "Deyli meyl" qəzetinin verdiyi məlumata görə, turistlər artıq sentyabrın 14-də və 15-də Kent qraflığında yerləşən "Folkstoun" terminalında ola biləcəklər.
Arzu edən hər kəs müasir dövrün ən məşhur tunelinə gələrkən adətən yalnız xidmət heyəti üçün əlyetərli olan zonalara baş çəkmək, terminalın dispetçer otağını, platformaları və idarəetmə mərkəzini görmək imkanı əldə edə biləcəklər.
Bundan əlavə, turistlər tunelin xidmət heyəti ilə görüşə biləcəklər.
Kontinental Avropanı Böyük Britaniya ilə birləşdirən tunelin ümumi uzunluğu 51 kilometr, o cümlədən bilavasitə La-Manşın altında qalan hissənin uzunluğu 39 kilometrdir. Kanal 1994-cü ildə açılıb. Bu müddətdə ondan təxminən 300 milyon nəfər istifadə edib.
Turistlərin bu əlamətdar məkana ziyarəti Avropa İrs Günləri proqramının tərkib hissəsinə çevrilib .
1984-cü ildə Fransa Avropa Mədəniyyət Konvensiyasını imzalamış bir ölkə kimi təklif edib ki, adətən turistlər üçün qapalı sayılan muzeylərin qapıları açılsın, müxtəlif tarixi binalara daxil olmağa icazə verilsin.
Avropa İrs Günləri rəsmən 1991-ci ildə Avropa Komissiyasının dəstəyi ilə Avropa Şurası tərəfindən təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB