Sözləriniz inandırıcı və bəlağətli olacaq Ulduzlar işgüzarlar barədə proqnoz verir

Sözləriniz inandırıcı və bəlağətli olacaq Ulduzlar işgüzarlar barədə proqnoz verir

Ulduzlar QOÇLARA hər günün öz hökmü olduğunu, yeni seçim imkanı gətirdiyini unutmamağı məsləhət görür. Yaranmış vəziyyətdə bu imkanı sezmək bir o qədər də asan deyil. Amma belə bir imkan həqiqətən var. İşiniz dolaşığa düşübsə, sakitləşin və vəziyyəti ağılla qiymətləndirməyə çalışın.

BUĞALAR vaxtilə uğursuz başa çatan bir layihəni dirçəltməyə çalışacaqlar. Bu dəfə müvəffəqiyyət qazanmaq imkanı çoxdur. Amma imkanlarınızı, xüsusən, maliyyə imkanlarınızı real qiymətləndirməlisiniz. Astroloqlar riskə getməməyi, daşınmaz əmlaka sərmayə yatırmağa tələsməməyi tövsiyə edirlər.

ƏKİZLƏR çox səbirli və mühakiməli olmalıdırlar. Yoxsa xoşagəlməz vəziyyətə düşə bilərsiniz. Necə deyərlər, asta-asta tələsin. Planlarınızı rəqiblərinizdən də, həmkarlarınızdan da gizli saxlayın, çünki bu günlər mühüm bir məlumatın düşmən cəbhəyə sızması ehtimalı var.

XƏRÇƏNGLƏR əvvəlki işgüzar münasibətlərini bərpa etməyə çalışacaqlar. Bu cəhdiniz müəyyən mənada çox faydalı olacaq. Əvvəlki tərəfdaşlarınızda qarşılıqlı sərfəli layihəyə maraq oyatmağa çalışın. Ofisinizdəki texnikaya əl gəzdirməlisiniz. Texniki imkanlarınızı yeniləməyin vaxtı çoxdan çatıb.

ŞİRLƏR bu həftə Marsın təsiri altında olacaqlar. İşgüzarlığınız, şərəf və ləyaqət hissiniz yenə də tərəfdaşlarınızı təəccübləndirəcək. Qətiyyətli olun, bu günün işini sabaha qoymayın. Yadda saxlayın ki, atalar "Dəmiri isti-isti döyərlər" deyiblər. Aşıb-daşan enerjinizi sərf etmək üçün idman zalına üz tutun. Özünüzü formada saxlamağa çalışın.

QIZLARIN bayram əhval-ruhiyyəsi gözlənilmədən ciddi işgüzarlıqla əvəzlənəcək. Əldən verdiklərinizin yerini doldurmaq üçün iş saatlarından çox çalışacaqsınız. Həftə sonu başa düşəcəksiniz ki, qızıldan qiymətli vaxtınızı "xəyal dalınca qaçmağa" sərf etməyə dəyməzdi. Başqalarının yükünü çəkməkdən vaz keçin. Doğma və yaxınlarınıza qarşı qayğıkeş olun.

TƏRƏZİLƏRİ telefon danışıqlarından biri zərbə altına qoya bilər. Telefon söhbətlərində son dərəcə diqqətli olun. Yoxsa "xarab olmuş telefon" rolu oynayıb, özünüz də istəmədən yanlış informasiya ötürərək həmkarlarınızı pis vəziyyətdə qoya bilərsiniz. Həyatda hər şey bumeranq kimidir. Dilinizi dinc qoymasanız, hər şey öz başınızda çatlayacaq.

Venera ötən həftədən ƏQRƏB bürcündədir. Bu bürcün nümayəndələri artıq Veneranın xoş təsirini hiss etməlidirlər. İşgüzar danışıqlar problemsiz ötüşməlidir. Sözləriniz inandırıcı və bəlağətli olacaq. Amma emosiyalara uyub bəzi sərfəli təklifləri əldən verə bilərsiniz.

OXATANLAR işlədikləri bütün sahələrdə kreativ və yenilikçi olmağa çalışırlar. İşinizin nəticəsi bəlkə də xoşunuza gəlməyəcək, amma qüsurları düzəltmək həmişə mümkündür. Başlıca məsələ düzəliş etməyə dəyən işə başlamaqdır. Etməyib təəssüflənməkdənsə, edib təəssüflənin.

OĞLAQLARI bu həftə nüfuzlu opponentlə görüş gözləyir. Vəziyyəti başqa tərəfdən qiymətləndirməyə çalışın. İş yerində münaqişələr yolverilməzdir. Həmkarlarınızla gərgin münasibətlərin acı nəticələri ola bilər.

DOLÇALAR işdə yeni perspektivlərin axtarışında olacaqlar. Bu həftə yeni işə start vermək üçün özünüzdə yenilməz qüvvə hiss edəcəksiniz. Reklam biznesi ilə məşğul olanları daha böyük uğurlar gözləyir.

BALIQLAR məsuliyyət daşıdıqları çevrədə baş verənlərə çox emosional yanaşacaqlar. Unutmayın ki, emosionallıq biznesmen üçün zəiflik əlamətidir. Vəziyyət tezliklə yaxşılığa doğru dəyişməlidir. Uzunmüddətli fəaliyyət planı qurmağa çalışın.

Bütün xəbərlər Facebook səhifəmizdə