Gələn il ağ və qara rənglər dəbdə olacaq

Gələn il ağ və qara rənglər dəbdə olacaq

Növbəti yaz-yay mövsümündə ağ və qara ən dəbli geyim rəngləri olacaqdır. Nyu-yorklu modelyer Ceni Stoun bildirib ki, ala-bəzək rəng qamması arxa plana keçəcək.

Modelyer xanım hesab edir ki, moda dünyasında klassik Amerika üslubu üstün mövqedə dayanacaqdır. Zövqlü qadınlar üçün əsas rəng ağ və qara olacaq.

C.Stounun fikrincə, bu rənglər həddən artıq gözəldir. Axı məhz bu rəngləri təsadüfən "krallara layiq rənglər" adlandırmırlar.

Amerikalı modelyerlərin yaz-yay mövsümü geyimlərində ağ və qara rənglərin üstünlük təşkil edəcəyinə əminlikləri Nyu-Yorkda keçirilən "Mercedes-Bens" yüksək moda həftəsi nümayişlərində əksini tapır.

Dünyanın aparıcı dizaynerlərinin kolleksiyaları əsas etibarilə bu rənglərin modellərindən ibarət olub. Bu il Ralf Loren, Kelvin Klayn və Mark Ceykobs ümumi ahəng yaradıblar.

Nüfuzlu brendlərin 300-dən artıq geyim kolleksiyasının nümayiş etdirildiyi moda həftəsi Nyu-Yorkdan Londona keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə