Havay adalarında yaşayan ABŞ vətəndaşı 35 hərflik soyadı uğrunda apardığı mübarizədə qalib gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda Nyu-Yorkda yaşayan Ceynis Uort (Janice Worth) ərə gedərək, soyadını havaylılarına dəyişib – Keyxanaykukauakaxixulixeekaxaunaele edib. (Keihanaikukauakahihuliheekahaunaele).
O, soyadını qısaltmaqda və ya qızlıq soyadından istifadədən qətiyyətlə imtina edib. Ərinin soyadı uğurunda mübarizə nəticəsini verib. Ştat hökuməti ona sənədlərində soyadının tam yazılmasına icazə verib. Onun adı və soyadı 40 işarədən, ikinci adı isə 35 işarədən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB