İtaliya arxeoloqları Apenin yarımadasında apardıqları qazıntılar zamanı yaşı təxminən 1 milyon ilə yaxın olan mamont skeleti aşkar ediblər. SİA-nın verdiyi xəbərə görə, qazıntının aparıldığı ərazi Umbriya vilayətinin Corciano rayonu ərazisində yerləşir. Perujiya universitetinin professoru Marko Kerinin rəhbərlik etdiyi arxeoloqlar qrupu skeleti bir həftə bundan əvvəl aşkar etsələr də, onun torpağın altından çıxarılması tam başa çatdırılmadığı səbəbindən məlumatın açıqlanması bir qədər gecikdirilib. Alimlər əvvəl də bu ərazilərdə 200-dən çox məməli heyvan skeletlərinə rast gəliblər. Onların apardığı tədqiqat işlərinin nəticəsi qədimdə bu ərazilərdə şirin su ehtiyatlarının, yaşıl bitki örtüyünün olduğunu deməyə əsas verir. Belə ki, yalnız belə iqlim şəraitində müxtəlif növ canlıların yaşaması mümkün hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB