Hollandiyada "Emmeye Dieren" zooparkında 112 babun meymunu "aksiya" keçirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu meymunlar günlərdir heç bir şey yemədən kürəklərini ziyarətçilərə dönərək oturur, ağaclara çıxmırlar. Zooparkın səlahiyyətliləri 20 il ərzində babunların 4 dəfə belə "aksiya" keçirdiyini deyiblər.
Mütəxəssislər babunların nə üçün ziyarətçilərə baxmadıqlarını, məhz kürəklərini dönərək oturduqlarını araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB