Qadın hər iki sevgilisi ilə eyni anda evləndi

Qadın hər iki sevgilisi ilə eyni anda evləndi

Afrika ölkələrindən olan Keniyada, qadın sevdiyi iki kişi arasında seçim edə bilməyincə, hər ikisi ilə eyni anda evlənməyə qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iki əriylə birlikdə yaşayacaq olan qadın, onlar arasında mübahisə düşməməsi üçün tədbir görərək, hər biri ilə ayrı-ayrılıqda müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qadının həftənin hansı günü kimin yanında qalacağı barədə onun özü qərar verəcək. Doğulacaq uşaqları böyütmək məsuliyyəti isə hər iki kişiyə eyniliklə aid olacaq. Qadının əri olan Sylvester Mwendwa arvadının digər əri Elijah Kimaniyi özünə rəqib görmədiyini, əksinə üçlü evliklə xoşbəxt olacaqlarını deyib.

Qeyd edək ki, adı mətbuata açıqlanmayan qadın hazırkı üçlü nigaha girmədən öncə dul olub. Onun hətta əvvəlki nigahından 2 övladı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə