Baş nazirinin müavininin atası hələ də traktor sürür

Baş nazirinin müavininin atası hələ də traktor sürür

Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağın atası, oğlunun yüksək vəzifədə olmasına baxmayaraq, hələ də cavanlığından məşğul olduğu əkinçilik peşəsini davam etdirir. SIA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə,nazir müavinin doğulduğu Yozgat Akdağmadeni Bahçecik kəndində, yer əkərkən Türkiyə mediasının hədəfinə tuş gələn ata Bozdağ, bu peşədən gələn gəlir hesbına oğlunu boya-başa çatdırıb, oxutdurduğunu deyib. " Allaha şükürlər olsun ki, bütün diləklərim qəbul oldu. Məmləkətimizə, millətimizə faydalı oğul ərsəyə gətirə bildim. Çox şadam ki, o , vicdanla görəvini yerinə yetirir. Oğlumun Türkiyədə önəmli şəxslərdən biri olmasına baxmayaraq, mən bu tarlanı heç vaxt tərk etməyəcəm. Burada olarkən vaxtımı olduqca xoş keçirdirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə