Ürəyi qarnında olan adam…

Çin həkimləri təbiətin növbəti möcüzəsi ilə qarşılaşıblar. 24 il bundan əvvəl Xenan əyalətində çox nadir anomaliya ilə bir oğlan dünyaya gəlib: onun ürəyi qarnında idi.

Belə qüsura bir milyon uşaqdan 5-də rast gəlmək olar və onların əksəriyyəti əslində doğulan kimi ölür. Lakin Xuanq Ronqminq salamat qaldı. O, daim güclü təngnəfəslikdən əziyyət çəkir, ayağa duran kimi göyərirdi. Bundan başqa, qarnına dəyən ən yüngül zərbə belə onun üçün ölümcül ola bilərdi, buna görə də onu küçəyə, yaşıdları ilə ünsiyyətdə olmağa buraxmırdılar.

Oğlanın dərisinin altında ürəyini aydın görmək olurdu, qabarıq orqan qarının yuxarı hissəsində döyünürdü. Yalnız bu il oğlan həkimlərə müraciət edib. Onun vəziyyəti pisləşməyə başladığından həkimlər ona təcili əməliyyat təyin ediblər. Valideynləri lazımi məbləği toplaya bilməyiblər. Əməliyyatın qiyməti 33 min dollar idi. Lakin KİV-lərin iştirakı sayəsində pulu toplamaq mümkün olub, yerli sakinlər kömək ediblər. Ürəyin öz yerinə otuzdurulması əməliyyatı 10 saatdan çox davam edib. İndi Xuanq Ronqminq hər bir sağlam insan kimi normal yaşaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə