iPad-lə cərrahiyyə əməliyyatı...

iPad-lə cərrahiyyə əməliyyatı...

Bremen şəhərindən olan alman cərrahlar qaraciyərdən şişin kəsib götürülməsi üzrə mürəkkəb əməliyyatın hazırlanması və aparılması üçün iPad-dən istifadə ediblər. Əməliyyata başlamazdan əvvəl həkimlər orqanın özünün, qan damarlarının və şişin skanlanmış təsvirlərini əldə etmiş və onların əsasında real vəziyyəti mükəmməl gerçəkliyi müəyyənləşdiriblər.

"Reuters" agentliyi xəbər verir ki, əməliyyat zamanı cərrahlar kameranı qaraciyərə yönəldiblər, xüsusi proqram tam gerçəkliyi əks etdirib. Beləliklə, iPad-in ekranında həkimlər təkcə əməliyyat olunan orqanı deyil, həm də onun qan damarları və şiş ilə birlikdə üçölçülü modelini görüblər.

Tibb işçilərinin dediklərinə görə, onlar qaraciyərin xüsusiyyətləri barədə tam əyani məlumat əldə etməklə mümkün ağırlaşmalardan qaça biliblər. Cərrahlar əmindirlər ki, əməliyyatların hazırlanmasının və həyata keçirilməsinin belə üsulu istənilən orqanda əməliyyat aparılarkən həkimlərin işini asanlaşdıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə