İnfarktın müalicəsi tapılıb

Science Daily saytı xəbər verir ki, Amerika alimləri infarktdan sonra bir iynənin köməyi ilə insanın ürəyini bərpa etməyə imkan verən üsul işləyib hazırlayıblar.

Metodika bundan ibarətdir ki, ürək tutması nəticəsində əmələ gələn çapıqlar (fibroblastomalar) hərəkət edən əzələ toxumalarına (kardimisitlərə) çevrilsin. Tutma nəticəsində hüceyrələrin 50 faizə qədəri ürəyin fəaliyyəti üçün faydasız olan fibroblastomalara çevrilə bilər. Alimlər məhz bu hüceyrələri bərpa etmək üsulunu tapıblar. Bunun üçün pasiyentin ürəyinə "GMT-miks", "ESRRG" və "MESP1" deyilən genlərin qarışığı yeridilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə