Dünyayda məşhur işarəyə çevrilən "Rabia" artıq saç modeli kimi istifadə edilir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ankarada 27 ildir bərbər işləyən Ercan Buyruq, sözügedən işarəni saç modelinə çevirib. O, müsahibəsi zamanı, bir bərbər olaraq, sənəti ilə Misirdə baş verənlərə etiraz etdiyini, dinc Misir xalqını salamladığını deyib.
2009-cu ildə 24 saatda 363 adamı təraş edərək Guinness Rekordlar Kitabına düşən bərbər Ercan Buyruq "Rabia salamı" modelini 1 saata ərsəyə gətirdiyini qeyd edib. Onun sözlərinə görə, dünəndən bəri artıq 2 müştəri ona müraciət edərək, bu işarəni onlara da tədbiq etməsini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB