Ürəyi qarnında olan xəstə xilas oldu

Ürəyi qarnında olan xəstə xilas oldu

Çində ürəyi döş qəfəsinin xaricində doğulan bir gənc keçirdiyi uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Henan bölgəsində yaşayan 24 yaşlı Huang Rong Mingin doğulduğundan bəri bu xəstəliyin yaratdığı fəsadlar üzündən vaxtının çoxunu yataqda keçirib. Ürəyi müdafiəsiz olduğu üçün belinə dəyəcək ən kiçik bir zərbə nəticəsində belə onun həyatını itirmə təhlükəsi olub. O, sadə hərəkətlər etdikdə belə nəfəsi tutulurmuş, uzun müddət davam edən tənginəfəslik problemi ilə üzləşirmiş.

Sözügedən xəstəlikdə əziyyət çəkən Huang əməliyyat üçün maddi imkanı olmadığından ölkə mətbuatına bu barədə məlumat verib. Yardımsevərlərin ona göstərdiyi kömək nəticəsində, 200 min yuan məbləğində pulla onu bu dəhşətli xəstəlikdən xilas etmək mümkün olub. 10 saat davam edən əməliyyatdan sonra o, 24 il əziyyət çəkdiyi kabusdan qurtula bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə