Bioloji tranzistor da hazırlandı

ABŞ-ın Stenford Universitetinin biomühəndisləri transkriptorun - elektrona analoji olaraq təsir göstərən genetik tranzistorun ixtirasını elan ediblər.

Alimlərinin məlumatına görə, bu yolla canlı hüceyrələrdən mükəmməl kompyuterin yaradılması üçün sonuncu çatışmayan qurucu blok yaradılıb.

Tədqiqatçılar iddia edirlər ki, biotranzistor ikiqat məntiqi əməliyyatları yenidən istehsal edir.

"Computerworld" jurnalının məlumatına görə, transkriptorda elektronlar axını rolunu DNT zəncirində yerini dəyişən RNT-polimeraz fermenti yerinə yetirir.

RNT-nin əsas rolu hüceyrələrə sızmış prosesləri idarə etmə üçün DNT təlimatlarının ötürülməsindən ibarətdir.

ABŞ alimləri bildirirlər ki, hazırda bitkilərin hüceyrələrinə tənzimləyicilərə çevirmək və hətta xərçəng hüceyrələrində bölünmənin dayandırılmasına əmr vermək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə