NASA alimlərinin məlumatına görə, Marsdakı daş süxurlarının "Curiosity" robotu tərəfindən aparılan analizi göstərib ki, ola bilsin qədim zamanlarda bu planetdə həyat üçün şərait olmuşdur: bir neçə santimetr dərinlikdə aparılmış qazıntı yolu ilə əldə olunan nümunələrin tərkibində bütün lazımlı elementlər-kükürd, azot, hidrogen, fosfor və karbon var.
Tədqiqatçılar qeyd edirlər ki, qazıntı işləri başqa planetdə ilk dəfə olaraq həyata keçirilib. Bundan əvvəl yalnız torpağın səthindən götürülmüş qrunt təbəqə təhlil edilirdi.
"Curiosity" çay sistemini tamamlayan, göl hövzəsi olduğu hesab edilən, "Yellounayf" körfəzi adını almış ərazidə qazıntı işləri aparıb.
Nümunələr bir-birini əvəz edən çox sayda quru və rütubətli dövrün mövcud olduğunu göstərir.
"Computerworld" jurnalının məlumatına görə, alimlər təsdiq edirlər ki, qazıntı işləri nəticəsində bu planetin qırmızı yox, boz rəngdə olduğu müəyyənləşdirilib.
Torpağın cəmi bir neçə santimetr alt qatında oksidləşməni göstərən dəlillərə və müvafiq olaraq, Marsla assosiasiya yaradan qırmızı rəngə rast gəlinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB