“Google” yenilik edir...

"Google" şirkəti öz axtarış sistemi ilə bağlı eksperimentlər aparır. İndi nəticələr səhifəsində sistemin səhifələri barədə daha müfəssəl informasiya veriləcək.

Bundan sonra sizə URL istinadları ilə yanaşı, həm də müraciət etmək istədiyiniz sayt haqqında ətraflı məlumat veriləcək. Bu informasiya Vikipediya və "Knowledge Graph" kimi mənbələrdən götürüləcək.

Bu eksperiment çox maraqlı olmaqla yanaşı, həm də faydalıdır, çünki indi biz sayta daxil olmadan onun haqqında daha çox şey öyrənə biləcəyik.

Bundan əlavə, həmin informasiyanı axtarışın nəticələrindən ayrı saxlamaq lazımdır, çünki həmin məlumatlar daha artıq dərəcədə ümumiləşmiş və Sizin axtardığınızdan fərqli ola bilər.

Çox güman ki, "Google" Vikipediyadan və özünün "Blogspot" kimi məxsusi mənbələrindən istifadə edəcək. Bu, bəzən faydalı olsa da, müəyyən hallarda işə mane ola bilər. Xüsusən ona görə ki, "Google" heç də həmişə Vikipediyadan düzgün səhifələr verə bilmir.

Siz "Google" bloqunda yerləşdirilmiş informasiyaya riayət etməklə eksperimental axtarış rejimini müstəqil şəkildə qoşa bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə