Ulduzlar bu həftəyə nələr vəd edir?

Ulduzlar bu həftəyə nələr vəd edir?

OĞLAQLAR üçün bu həftə uğurludur, lakin çox şey qətiyyətinizdən və təşəbbüskarlığınızdan asılı olacaqdır. Kefinizi pozmayın, ruhdan düşməyin. Gələcək barədə düşünün, onda hər şey alınacaqdır. Bir iş görməmişdən əvvəl yaxınlarınızla məsləhətləşin, onların dəstəyini alın. Onlar sizə kömək edə bilərlər. Bununla belə bədxərclik etməyin.

DOLÇALARA ümidverici layihədə iştirak etmək təklif oluna bilər. Yaxşı olar, qərarınızı uzatmayasınız, yoxsa fürsəti əldə verə bilərsiniz. Dəyişikliklər sizi qorxutmasın. İlk addımınızı atın, onda artıq həftənin sonunda nəticəni hiss edəcəksiniz. Xırda qüsurlara görə rəhbərlik və həmkarlar sizi tənqid edəcək. Onların sözlərini ürəyinizə salmayın. Belə çəkişmələr və narazılıqlar hər kollektivdə olur.

BALIQLARIN bu həftə əhval-ruhiyyəsi xeyli yaxşılaşacaq, yeni perspektiv planlar yaranacaqdır. Vəzifəniz və məsuliyyətiniz artacaqdır. Fəal və məqsədyönlü olsanız, istədiyinizə asanlıqla nail olacaqsınız. Bu günlər qazanc vəd edən faydalı münasibətlər quracaqsınız. Yeni tanışlarınız tezliklə karınıza gələcəkdir.

QOÇLAR qətiyyətsizlik və şübhələrdən qurtulmalıdırlar. Sizin üçün müsbət dəyişikliklər dövrü başlayır. Həyatınızın bütün əsas istiqamətlərində hüquqlarınızı müdafiə etməyə hazır olun. Diqqətli olmağınız sayəsində bədxahlarınızı üzə çıxaracaq, inkişafınıza mane olan bütün maneələri asanlıqla dəf edəcəksiniz. Bu həftə işdə mühüm görüşlər gözlənilir.

BUĞALAR yayın qalan günlərini gərgin işləyəcəklər. Qayğı və problemlər bir neçə ay yaxanızdan əl çəkməyəcək. İşlərinizi isə daha qısa müddətə başa çatdırmalısınız. Hər şeyi başlı-başına buraxa bilərsiniz. Amma uduzan tərəf siz olacaqsınız, çünki gözəl bir fürsəti əldən verəcəksiniz. Sonrakı peşmançılıq isə fayda vermir.

ƏKİZLƏR başqa insanların həyatında iştirak edəcəklər. Bu, sizin vaxtınızı alacaq, amma həyatınıza yeni dostlar gətirəcəkdir. Yaxşı olar, az danışıb, çox iş görəsiniz. Planlarınızı gizli saxlayın, xüsusən inzibati məsələlərdə diqqətli olun. Bu xəbərdarlıq ilk növbədə sənəd və müqavilə məsələlərinə aiddir. Qarşınızda yeni perspektivlər açılacaqdır. Bu fürsətdən yararlanmağa çalışın, onda maliyyə problemləri uzun müddət sizi narahat etməyəcəkdir.

XƏRÇƏNGLƏR yeni adamlarla münasibətlərdən qaçmamalıdırlar. Yeni tanışlar gələcəkdə sizə kömək edəcəklər. Yüngültaxta olmayın, sizdən xahiş etmələrini gözləyin. Bütün bacarığınızı ortaya qoymalısınız. Həftənin ikinci yarısında sizi gəlir gözləyir. Xüsusən, yeni biznes tərəfdaşlarınıza qarşı ayıq-sayıq olmalısınız.

ŞİRLƏR işdə mövqelərini möhkəmləndirəcəklər. Bu həftə strateji müttəfiqlər tapacaqsınız. Bu həftənin hadisələri bədxahlarınız və sizə paxıllıq edənlərin üzərində möhtəşəm qələbə qazanmağınıza kömək edəcəkdir. İşgüzar keyfiyyətləriniz rəhbərlik və tərəfdaşlar tərəfindən təqdirlə qarşılanacaqdır.

QIZLAR bu həftə evlə bağlı problemlərini həll edəcəklər. Ola bilsin, ya yüngül təmir işlərinə başlayacaqsınız, ya da sadəcə yerdəyişmə edəcəksiniz. Yadda saxlayın ki, dəyişikliklər ağlabatan çərçivədə olmalıdır. Bu həftə həm də gəlirli olacaqdır. Ya zəhmətiniz mükafatlandırılacaq, ya da ümidinizi çoxdan üzdüyünüz borcunuzu geri alacaqsınız.

TƏRƏZİLƏRİN ünsiyyətcil olmaları onların karına gələcəkdir. Bu həftə faydalı adamlarla əməkdaşlıq strategiyasını rəhbər tutmalısınız. Amma arzu və imkanlarınız arasında kompromis tapmalısınız. Şansınızı əldən verməsəniz sizi yaxşı gəlir gözləyir.

ƏQRƏBLƏR hadisələri qabaqlamağa çalışmasalar, hər şey istədikləri kimi olacaqdır. Tərəfdaşlarınız və rəqibləriniz müvəffəqiyyət qazanmağınıza mane ola bilər. Həyatınızı mənasız söz-söhbətlə zəhərləməyin, yoxsa uduzan siz olacaqsınız. Yadda saxlayın ki, mübahisədə udmağın ən asan yolu, ondan yayınmaqdır. Həftə gəlirli olacaqdır. Pulları gözləmədiyiniz mənbədən qazanacaqsınız.

OXATANLAR çox fəaldırlar. Siz məqsədyönlü olacaq, planlarınızı ardıcıl surətdə həyata keçirəcəksiniz. Həftə qəfil və xoş görüşlər hazırlayır. Hadisələrin uğurlu gedişatı sayəsində böyük uğur qazanacaqsınız. Bu, yeni biliklərə yiyələnməyiniz və ya yeni işiniz sayəsində ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə