Bu dəfə evin içi yox, özü oğurlandı

Bu dəfə evin içi yox, özü oğurlandı

İsveçdə dünyada bənzəri olmayan, hərkəsi heyrətləndirəcək oğurluq hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, oğrular bu dəfə evin içini deyil, özünü oğurlayıblar. Belə ki, onlar sözügedən bağ evinin sahiblərinin evi tərk etdiklərini görüncə, onu bünövrədən sökərək, qarajı ilə birlikdə oğurlayıblar. Ölkənin cənubundakı Smaland bölgəsinin Malilla qəsəbəsində yerləşən bağ evinin taxtadan hazırlandığı deyilir.

Qeyd edək ki, qeyri-adi hadisə ilə bağlı artıq istintaq başlayıb. İstintaqa rəhbərlik edən polislər, vəzifədə olduqları müddətdə belə bir qəribə hadisəylə ilk dəfə qarşılaşdıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə