Pişik 50 dərəcəlik suda yuyulduqdan sonra sağ qaldı

Pişik 50 dərəcəlik suda yuyulduqdan sonra sağ qaldı

İngiltərədə paltaryuyan maşında 50 dərəcə istilik rejimində bir saat yuyulan pişik balası sağ qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, maraqlı hadisə, İngiltərənin Manchester şəhərinin Audenshaw qəsəbəsində baş verib. Belə ki, çirkli paltarları paltaryuyan maşınına yerləşdirən Laura Gilholme adlı evdar qadın qapısı açıq qalan maşına pişiyin girdiyinin fərqində olmayıb. O, paltarların yuyulması üçün cihazı 50 dərəcəlik istilik rejimində tənzimləyib, "start" düyməsini basaraq mətbəxi tərk edib. Təxminən bir saatdan sonra paltarları oradan götürməyə gələrkən sözügedən qadın müşahidə etdiyi mənzərədən heyrətlənib. Paltaryuyan maşından pişiyini huşsuz vəziyyətdə görərək, dərhal onu çıxardıb suni nəfəs verib. Lakin, bununla onu həyata qaytara bilməyəcəyini görüncə, 7 həftəlik Poppeti adlı pişiyini baytara aparıb. Xoşbəxtlikdən baytar onun həyatını xilas edə bilib. Pişiyin sahibləri başına gəlnərdən sonra dəcəl pişiyin hələ də yaramazlıqlarına davam etdiyini, növbəti dəfə paltar qurudan maşına girdiyini deyib. Lakin ev sahibləri artıq pişiyin dəcəlliklərinə alışdıqları üçün, evdə cihazları işə salarkən onun içini diqqətlə yoxladıqlarını deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə