Xərçəngin ən çox yayılmış otuz növünün inkişaf səbəbi mutasiya prosesləridir
Amerikalı alimlər yeddi mindən artıq xərçəng xəstəsinin genomlarını öyrəniblər ki, bu da onlara şişlərin daha çox yayılmış otuz növünün meydana çıxması səbəblərini və mexanizmlərini müəyyənləşdirməyə imkan verib. "Nature" jurnalı yazır ki, bu, gələcəkdə şiş növləri arasında ümumi cəhətləri tapmağa kömək edəcək və xərçəngin müalicəsinin universal metodları üzərində işləmək imkanı yaradacaq.
Tədqiqatlar sayəsində xərçəngin inkişaf tarixini və genetik səbəblərini göstərən əsas mutasiyaların əksəriyyətini müəyyənləşdirmək mümkün olub.
Tədqiqatlar alimlərə iyirmidən artıq ən ümumi və geniş yayılmış mutasiya mexanizmlərini aydınlaşdırmağa imkan verib.
Alimlərin fikrincə, xərçəngin ən çox yayılmış otuz növünün inkişaf səbəbi mutasiya prosesləridir.
Həkimlər qeyd edirlər ki, şişin hər bir növünün inkişafına təsir göstərən proseslərin sayı əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, qaraciyər xərçənginin inkişafı üçün altı bu cür prosesin eyni zamanda "qoşulması" tələb olunur. Yumurtalıqların xərçəngi üçün isə cəmi iki proses kifayət edir.
Alimlərin kəşf etdikləri mexanizmlərin gələcəkdə öyrənilməsi xərçəngin yaranma səbəbini daha yaxşı başa düşməyə və bu xəstəliyin bir neçə növünü eyni zamanda məhv etməyə qadir dərmanların yaradılmasına başlamağa imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB