Kompyuter asılılığından necə qurtulmalı?

Kompyuter asılılığından necə qurtulmalı?

Kompyuter asılılığı problemini həll etmək üçün hər şeydən əvvəl beyin bir müddət istirahət etməlidir. Yəni kompyuter oyunları səbəbi ilə beyin tarazlığı pozulan adam, ən azı 3 ay müddətində bu oyunlardan uzaq durmalıdır.

Həmin müddət ərzində oxuma və öyrənmə fəaliyyətləri dayandırılmalı və lazımı işlər yerinə yetirilməlidir.

Çünki, qalıcı pozuqluqlar inkişaf etməyibsə, bir müddət sonra beyin funksiyaları köhnə fizioloji və normal vəziyyətinə qayıdacaqdır.

Kompyuter asılılığı olan şəxslərə hər hansı bir dərman istifadəsi və ya antidepressant dərmanlar güclü təsir göstərmir.

Hətta bunlar vəziyyəti daha da gərginləşdirə bilər. Ən yaxşısı, 2-3 ay kompyuterdən uzaq olmaqla, beyni dinləndirərək normal fəaliyyətlərə üstünlük verilməlidir.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə