Dünyanın ən iri körpəsi Maraqlı- FOTO

Dünyanın ən iri körpəsi Maraqlı- FOTO

İspaniyada yaşayan ingilis əsilli ailədə dünyanın ən iri körpəsi doğulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 40 yaşındakı Maksim Marin təbii yolla 6, 2 kilo ağırlığında qız körpəsi dünyaya gətirib. Uşaq "təbii yolla doğulan ən iri körpə" rekorduna sahib olub. Həkimlər Maria Lorena adı verilən körpə və anasının vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Ginnesin Rekordlar Kitabına görə dünyanın ən iri körpəsi 1879-cu ildə Kanadada doğulub. Həmin körpə 10.5 kiloqram ağırlığındakı olub və 11 saat yaşayıb. 2005-ci ildə isə Braziliyada bir qadın 8 kiloluq oğlunu qeysəriyyə yolu ilə dünyaya gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə