Ən yaxşı avtomobil idarə edən bürc

Ən yaxşı avtomobil idarə edən bürc

Avtomobil alarkən bürcünüzün də bu mövzuda istəklərinə yer verin…

QOÇ – Qoç bürclərinin xəyalını qırmızı və idman üslubunda maşın bəzəyir. Avtomobilin musiqi sisteminin keyfiyyətli olması onlar üçün həyatı önəm daşıyır.

BUĞA – Təbiətə düşkünlüyü avtomobil seçimində də özünü göstərir. Komfortlu avtomobillərə üstünlük verirlər. Avtomobil alarkən boz və qırmızı ən çox aldıqları rəngdir.

ƏKİZLƏR – Onun dəyişkən xarakteri fərqli avtomobillərin bəyənilməsinə yol açır. Onlara bu mövzuda meymun iştahlı deyilir. Seçdiyi maşın mütləq gündəmdə və modern olmalıdır.

XƏRÇƏNG - Görüntüdən və rahatlığından çox funksiyası vacibdir. Çox sürətli sürməsələr belə, motoru güclü olan maşınlara üstünlük verirlər. Ailəvi maşınları sevirlər. Bir markanı bəyənsələr, onu asanlıqla dəyişmirlər.

ŞİR - Soyuqqanlı şir bürcləri maşın seçərkən hər şeydən əvvəl sağlamlıqlarını düşünürlər. Özlərini təhlükəsiz hiss etdikləri və motoru keyfiyyətli olan maşınlara üstünlük verirlər. Onlar keyfiyyətlə yanaşı, görünüşü də diqqət çəkən bahalı maşınlar almağa üstünlük verirlər.

QIZ - Qız bürcü rahatlığa üstünlük verdiyi üçün maşının markasının bir o qədər əhəmiyyəti yoxdur. Özlərini rahat hiss edə biləcəkləri avtomobillər seçirlər. Yaxşı maşın idarə etməyi bacarırlar lakin sürəti qətiyyən aşmırlar.

TƏRƏZİ - Onlar üçün avtomobilin içi və dizaynı əhəmiyyətlidir. Texniki xüsusiyyətləri onlar üçün ikinci planda qalır. Onların maşını cızılarsa, fəlakət baş verə bilər.

ƏQRƏB - Son dəb, sürətli və sağlam maşınları xoşlayırlar. Maşının motoru onlar üçün sirli qutu deyil, məlumatlı olduqları sahədir. Sürətli maşın sürməklə hamını keçməyi və özünü göstərməyi sevirlər. Onların yanında maşından danışarkən ehtiyatlı olun və avtomobilini heç vaxt tənqid etməyin.

OXATAN - Rahat və şirin maşınlardan xoşu gəlir. Maşınlarından hamıda olmasını istəmirlər. Üstü açıq və fərqli maşınları sevirlər.

OĞLAQ - İstifadə etdiyi avtomobil mütləq son model olmalıdır. Maşınlarına yaxşı qulluq edirlər və təmiz saxlayırlar. Oğlaqlar avtomobil idarə etməkdə çox mahirdir.

SUTÖKƏN - Dolçalar da göstərişə daha çox əhəmiyyət verir. Böyük və bahalı maşınların xəstəsidilər. Motorun da güclü olması dolçalar üçün əhəmiyyətlidir.

BALIQLAR - Canlı rəngləri sevirlər. Köhnə və istifadə olunmuş avtomobil almaqdan çəkinməzlər. Gəzməyi sevdiyi üçün avtomobilin rahatlığı da onlar üçün əhəmiyyət kəsb edir. Həssas olduğu üçün avtomobili yaxşı idarə edə bilmirlər.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə