5 aylıq körpə "Viaqra" ilə həyatda qalır FOTO

5 aylıq körpə "Viaqra" ilə həyatda qalır FOTO

İngiltərədə yaşayan 5 aylıq Reuben Pakston adlı körpə həyatda qalmaq üçün gündə 4 dəfə "Viaqra" qəbul edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, körpə dünyaya gələndə yaşamaq üçün 50% şansı var idi.

O, dünyaya gələndə mədəsi, bağırsaqları və qaraciyərinin bir qismi sinə qəfəsində yerləşib, Həmçinin ağciyərlərinin də normal inkişaf etmədiyi məlum olub. Həkimlər 7 saat davam edən əməliyyatla daxili orqanları normal yerlərinə yerləşdirilən uşağın ağciyərlərinin inkişafı və qan dövranının yaxşılaşması üçün "Viaqra"dan istifadə etməsinə qərar veriblər.

Körpənin anası ona "Viaqra"nı necə içirdiklərindən danışıb: "Ona bunların balaca şokoladlar olduğunu deyirik. Ondan sonra içir".

Bütün xəbərlər Facebook səhifəmizdə