Amazon, Vaşinqton Post qəzetini satın aldı

Amazon, Vaşinqton Post qəzetini satın aldı

Dünyada məşhur olan internet alış-veriş şirkəti Amazon.com, The Washington Post qəzetini satın alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amazon.com-un qurucusu Jeff Bezosun, saytı 50 milyon dollar nağd pul qarşılığında satın aldığı bildirilib. Bezosun müsahibəsində, qəzetin Vaşinqton DC başda olmaqla, ölkə daxilində təsirli mövqeyə malik olduğunu vurğulayıb: "Məqsədimiz mövcud oxucunu qorumaqdır. Qəzetin gələcəyi mövzusunda isə ümid doğuracaq fikirdəyəm".

Qeyd edək ki, əldə olunan razılığa əsasən, Vaşinqton Postla yanaşı Express, The Gazette, Southern Maryland, Fairfax County Times, El Tiempo Latino qəzetlərinin də satıldığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə