İsveçin "Hydro Infra Tecnologies" şirkətinin hazırladığı texnologiya gəmiçiliyin, sənaye müəssisələrinin və elektrik stansiyalarının hasil etdiyi karbon qazı tullantılarını tamamilə zərərsizləşdirməyə imkan verən texnologiya işləyib hazırlayıb.
İsveç alimləri "Hydro Nano Gas" (HNG) - hidronanoqaz adlandırılmış xüsusi maddə yaratmışlar. Bu maddə karbon qazı tullantılarını təhlükəsiz və səmərəli şəkildə zərərsizləşdirməklə, təbii yanacağın yandırılması ucbatından atmosferə tullanan parnik qazının təsirini azaltmağa qabildir.
Hidronanoqazın tərkibi və istehsal qaydası hələlik açıqlanmır. Bircə o məlumdur ki, bu maddə xalis hidrogen deyildir, çünki HNG 15 dəfə sürətlə yanır, lakin partlayış təhlükəsi olmadan 2,5 bar təzyiq altında oksigenlə qatışıq halında istifadə oluna bilər.
Məlumatda bildirilir ki, HNG üzərində aparılan iş Nobel mükafatı laureatı professor Yuan Tselinin tədqiqatlarına söykənir.
Hazırda tədqiqatçılar yeni texnologiyanın bazara çıxarılması üzərində işləyirlər. Bu texnologiyadan xüsusilə gəmiçilikdə istifadə olunacaq.
"Hydro Infra Tecnologies" şirkətinin fikrincə, hökumətlərin köməyi ilə dünyanın bütün elektrik stansiyalarını cəmi 2-5 il ərzində sıfır tullantı qurğuları ilə təchiz etmək mümkün olacaq.
HNG texnologiyası sənayedə uğurla tətbiq edilərsə, hətta kömürlə işləyən stansiyalar belə ekoloji cəhətdən təmiz olacaq. Nəticədə dünyanın enerji daşıyıcıları bazarında ciddi dəyişikliklər yaranacaq, ən başlıcası isə insanlar daha sağlam olacaq, onların ömrü uzanacaq. Axı, atmosferin çirklənməsi vaxtından əvvəl ölüm hallarının əsas səbəblərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB