Bu həftə işgüzar insanları nə gözləyir?

Bu həftə işgüzar insanları nə gözləyir?

Yaxın günlərdə QOÇLARIN üzləşəcəkləri hadisələr onların həyatında və biznesində çevriliş edəcəkdir. Özü də dəyişikliklər ürəkaçan olmayacaqdır. Astroloqlar emosiyalara uymamağı, son dərəcə ehtiyatlı olmağı məsləhət görürlər. Çalışın ki, başqalarının təsiri altına düşməyəsiniz. Daha çox öz intuisiyanıza və iradənizə güvənməlisiniz.

BUĞALAR fantaziyalarının uçuşuna mane olmamalıdırlar. Yeni, gözlənilməyən gedişlər, təxəyyülünüzün oyunları biznesinizdə böyük uğurlara gətirib çıxaracaq. Hər bir sazişi ərsəyə gətirmək üçün ciddi hazırlaşmalı, heç bir detalı gözdən qoymamalısınız.

ƏKİZLƏR bu həftə məntiqsiz müvəffəqiyyətin sevincini dadacaqlar. Astroloqlar hesab edirlər ki, şans qayda-qanun tanımır və onu istəyən və gözləyən adamların bəxtinə düşür. Amma hadisələrin gedişatına bel bağlamaqla bərabər, ayıq-sayıqlığı da itirməməlisiniz.

XƏRÇƏNGLƏR bu həftə son dərəcə cəsarətli olmalı, bizneslə bağlı mümkün uğursuzluqları qulaqardına vurmalıdırlar. Hücuma keçməyin və gərgin mübahisələrin sonu uğurla nəticələnəcəkdir. Lakin işin texniki tərəfini yaddan çıxarmayın, xırda detalları gözdən qaçırmayın. Emosiyalarınızı biznes tərəfdaşlarınızdan gizlətməyə çalışın.

ŞİRLƏR yaranmış əlverişli şəraitə və hadisələrin gedişatına bel bağlamamalıdırlar. Biznesinizi kənardan müşahidə etməyə və illüziyalara qapılmamağa çalışın. Etibarlı tərəfdaş təsiri bağışlayan adamların heç də hamısı etibarlı deyildir. Məhz onlar dönük çıxıb biznesinizlə bağlı vacib informasiyanı rəqiblərinizə ötürə bilər.

QIZLAR təzad içindədirlər. Ulduzların köməyinə inanmırlar. Belə olan şəraitdə yalnız və yalnız ağılla hərəkət etməlisiniz. Bu yolla maneələri aşıb düzgün addımlar ata bilərsiniz. İstirahət etməyi və cəmiyyət içində olmağı da unutmayın. Vacib bir görüş hadisələrin gedişatına müsbət təsir göstərəcəkdir.

TƏRƏZİLƏRİN üzləşdikləri çətinliklər onları yaranmış vəziyyəti təhlil etməyə məcbur edəcəkdir. Bəzi hallarda onu dəyişdirmək üçün təcili tədbirlər görməli olacaqsınız. Adi üsullarla əldə etdiyiniz nəticələr səmərəsiz olacaqdır. Ona görə də əvvəlki şablonlardan imtina etmək lazım gələcəkdir.

ƏQRƏBLƏRİN dağ boyda gördükləri problemlər təpəcikdən başqa bir şey deyildir və əhəmiyyət verməyə dəyməz. Sizə elə gəlir ki, çətinliklər yaxanızdan tutub, buraxmır. Amma elə deyildir. Başınızı dik tutmaqla, sağlam düşüncə ilə istənilən əngəli aşa bilərsiniz.

OXATANLAR həftələr boyu öz fəaliyyətlərini gözdən keçirməkdən, qarşıya qoyulmuş vəzifələrin obyektivliyini saf-çürük etməkdən yorulublar. Bəzi dəyişikliklərə baxmayaraq, siz əvvəlki kimi təzyiq altındasınız və fikir bir an belə sizi rahat buraxmır. Britaniya astroloqlarının fikrincə, hazırda uğurlu bir dövrə qədəm qoyursunuz. Ayın təsiri ilə qarşılaşacaqsınız perspektiv yığılıb qalmış bütün problemləri birdəfəlik həll etməyə imkan verəcəkdir.

Əsl strateq olan OĞLAQLAR ətrafdakıların manevrlərinə nadir hallarda təəccüblənirlər. Amma bu yaxınlarda cəlb olunduğunuz razılaşmalar sizdən çox tərəfdaşlarınız üçün əlverişlidir. Bu məsələ ilə ciddi məşğul olun. Onda hadisələrin maraqlı gedişatına özünüz də təəccüblənəcəksiniz. Ayıq-sayıq olun, kimin maraqlarının üstünlük təşkil etdiyini başa düşmədən heç bir sazişi imzalamayın.

Nailiyyətlərin sevinc, məğlubiyyətin isə qəm gətirməsi DOLÇALAR üçün adi məsələ deyildir. Bu həftənin uğursuzluqları sizə çox şeyi öyrədəcəkdir, çünki üzləşdiyiniz çətinliklər sayəsində sanki qəflət yuxusundan ayılacaqsınız. Əsas məsələ bu sınaqları mətinliklə qarşılayıb, vəziyyətdən alnıaçıq-üzüağ çıxmaqdır.

Mükəmməl olmağa can atan BALIQLAR öz planlarının əyər-əskiyini üzə çıxarmaq üçün onları həyata keçirməyə çalışacaqlar. Bu günün işini sabaha qoymayın, çünki vəziyyət və ətrafdakıların əhval-ruhiyyəsi bir anda dəyişib, hər şeyi bərbad edə bilər. Dəyişikliklər labüddür. Ona görə də işlərinizi ən yüksək səviyyədə təşkil etməyə çalışın.

Bütün xəbərlər Facebook səhifəmizdə