Hər günü üçün dövlətdən 1 milyon dollar təzminat aldı

Hər günü üçün dövlətdən 1 milyon dollar təzminat aldı

ABŞ-da nəzarətə götürüldükdən sonra 4 gün bir hücrədə unudulan və ölümlə üz-üzə gələn gənc 4,1 milyon dollar təzminat alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-da ötən il həbs olunduqdan sonra 4 gün ərzində hücrədə unudulan Daniel Conqun dövlətə qarşı irəli sürdüyü iddia təmin edilib. Belə ki, məhkəmə dövlətin 25 yaşlı Conga 4 milyon 100 min dollar təzminat verməsinə qərar verib.

Qeyd edək ki, polisin narkotik satışı xəbəri əsasında klublardan birinə təşkil etdiyi hücumda şübhəli bilinən 8 nəfərdən biri də Conq olub. Gənc həbs onunduqdan sonra 4 gün müddətində pəncərəsi olmayan hücrədə unudulub. Qidalanmadığına görə, ölümlə üzləşən gəncin 4 gün sonra günahsız olduğu məlum olub. Lakin yenə də hücrədə unudulan Conq təsadüf nəticəsində tapılaraq xəstəxanaya yerləşdirilib və böyrək çatışmazlığı dioqnozu ilə bir il müalicə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə