Dünyada "balıq uşaq" yaşayır

Şərqi Çinin Wenling vilayətində yerli xalq tərəfindən "balıq uşaq" adlanan Pan Xianhangın xəstəliyi görənləri heyrətləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən uşaq nadir genetik xəstəlik sayılan iktiyozu ilə doğulub. Həddindən artıq qaşınma və istilənmə mütamadi olaraq onu narahat edir. Demək olar ki, bu vəziyyət onun həyatını kabusa çevirib. Gecələr yatmaqda çətinlik çəkən uşaq, sadə hərəkətlər edəndə də dəhşətli ağrılarla üzləşir. O, ən böyük arzusunun həmyaşıdları kimi normal şəkildə məktəbə gedə bilmək olduğunu deyib. Lakin onu daimi nəzarətdə saxlayan həkimlərin sözlərinə görə, bu, yaxın gələcəkdə mümkün olmayacaq. Çünki uşağın quruyan dərisinə davamlı olaraq nəmləndirici kremlərin sürtülməsi lazımdır.

Qeyd edək ki, dünyada Pan Xianhangla yanaşı, 18 yaşlı vyetnamlı yetim bir gənc də eynilə bu xəstəlikdən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə