Şerlok Holms əslində kim olub?

Haqqında povestlər yazılıb, seriallar çəkilən məhşur xəfiyyə Şerlok Holmsı tanımayan çox az sayda insan olar. Bəs bu məhşur xəfiyyə haqqında nələri bilirik? Həqiqətənmi Avropada Şerlok Holms adlı usta xəfiyyə yaşayıb və məhşur cinayətlərin üstünü açıb?

Onun haqqında İngiltərənin paytaxtı Londonda Beyker-stritdəki evlərin birinin divarında memorial lövhədə belə yazı vardır: "Məşhur xəfiyyə Şerlok Holms 1881-1903- illərdə bu evdə yaşamış və işləmişdir." Lövhədəki bu yazını oxuyan hər bir kəsdə belə bir fikir formalaşır ki, Şerlok Holms əsər qəhrəmanı yox, həqiqətən yaşamış məşhur xəfiyyə olub".

Lakin Londonda, Beyker –stritdə belə bir memorial lövhə asılsa da, əslində belə bir adam olmayıb. Belə ki, Şerlok Holms adlı məşhur xəfiyyə, yazıçı Artur Konan Doylun əsər qəhrəmanıdır.

Artur Konan Doylun muasirlərinin yazdıqlarına görə, xəfiyyə Şerlok Holms, elə Artur Konan Doylun özü olub. O, hər dəfə cinayət işının axtarışına başlayarkən, öz adı ilə deyil, " Şerlok Holms" adı altında fəaliyyət göstərib. Artur həqiqətən, çox ağır, açılması çox müşkül olan, dolaşıq neçə-neçə cinayət işlərinin açılmasında iştirak edib və bu cinayətlərin üstünü çox məharətlə açıb. Fitri istedada malik olan Arturun baş vermiş cinayət hadisələrinə xüsusi tərzdə yanaşmaq taktikası olub. Baş vermiş cinayətlərin aydınlaşdırılmasında uğur əldə edən Artura bu sahədə kim müraciət edibsə, o, müraciəti məmnuniyyətlə qəbul edib. Məlumata görə, ona hətta Çin və Misir hökumətləri də bu sahədə müraciət edib və Artur bu sahədə onlara yardım edib.

Bütün xəbərlər Facebook səhifəmizdə