Rus qız Türkiyədə müsəlman oldu

Rus qız Türkiyədə müsəlman oldu

Türkiyənin Antaliya şəhərinə istirahət etmək üçüb gələn rusiyalı qadın müsəlman olmağa qərar verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rus vətəndaşı Gurbanova məsciddə kəlmeyi-şəhadəti dilə gətirərdikdən sonra onun adı dəyişdirilərək, Belinay olub. Müsəlman dininin qəbul etdiyi üçün çox xoşbəxt olduğunu deyən 21 yaşlı rus qız: "Mənə hədiyyə edilən rus dilinə tərcümə edilmiş Quran-ı Kərimi ən qısa müddətdə oxuyacağam və İslamın şərtlərini ən mükəmməl şəkildə yerinə yetirəcəyəm. Müsəlmanlığı doya-doya ömrümun sonuna qədər yaşamaq istəyirəm",-deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə