Türkiyənin Ordu ərazisində yaşayan 82 yaşlı qadının evindən 2 yük maşını zibil çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ordu Bələdiyyəsi Zabıta qrupları Yeni Məhəllə 329 nömrəli küçədə İsmət Kocaoğluna aid evdə, ətrafa pis qoxular yayılması şikayətinə əsasən əməliyyat aparıb. Bu zaman onlar evdə qalaq-qalaq zibil yığıntıları ilə qarşılaşıb. İsmət Kocaoğlunun etirazına baxmayaraq, qrup yük maşınlarının köməyilə zibilləri evdən çıxara bilib. Evdən 2 yük maşını ilə dolu zibil toplandıqdan sonra, oraya dizinfeksiya üçün dərmanlar tökülüb.
Qeyd edək ki, türk vətəndaşı qadın 10 il əvvəl həyat yoldaşını itirdiyi evdə tək yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB