Davam edən adətin qeyri-adi TARİXCƏSİ

Davam edən adətin qeyri-adi TARİXCƏSİ

Keçmişdə biri öz düşmənini evinə qonaq çağıranda ona zəhərli içki təqdim etməsi təbii hal sayılırdı. Ev sahibi içkinin zəhərsiz olduğunu sübut etmək üçün öz içkisini havaya qaldırar və qonağın içkisindən bir qurtumun öz qədəhinə tökülməsini istəyərdi. Sonra eyni anda içkilərini içərdilər.

Qonaq belə vəziyyətdə ev sahibinə etibarını göstərmək üçün qədəhini ev sahibinin yuxarı qaldırdığı qədəhə yüngülcə vurar ''çin'' səsi ilə içkinin sınağına gərək olmadığını eyham etmiş olardı.

Dövrümüzdə qonağa zəhərli içki təqdim etmək təbii hal sayılmasa da, qədəhlərin toqquşdurulması adəti hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə