Bir peçenye 1 milyon dollar qazandırdı...

Bir peçenye 1 milyon dollar qazandırdı...

Massaçusets ştatının sakini Uilyam Conson lotereyada 1 milyon dollar udub. İndi göl sahilində ev almaq niyyətində olan bəxtəvərin bu uğuru adi peçenyenın içərisində yazılmış xeyir xəbərlə bağlıdır.

U.Conson deyib ki, keçən həftə arvadımla bərabər restorana getmişdim: "Orada desert kimi, ənənəvi "tale peçenyesi" almışdıq. Bu peçenyelərin içərisində səni gözləyən yeniliklər haqqında sözlər yazılmış balaca kağızlar olur. Mən öz peçenyemi sındıranda gördüm ki, onun içərisindəki kağızda bu sözlər yazılıb: tezliklə varlanacaqsınız".

Ertəsi gün U.Conson ilk növbədə bir lotereya bileti alıb və elə həmin anda milyon dollar udub.

Vergilər tutulandan sonra ona 650 min dollar qalıb.

Xoşbəxt amerikalı yerli KİV-lərə müsahibəsində deyib: "İndi mən möcüzəyə inanıram. Yəqin ki, bundan sonra möcüzəli peçenyeni daha tez-tez alacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə