Çinin Tibet, Qinghai bölgələrində, həmçinin Monqolustanda yaşayan və "Vajrayna Buduqmuna" dininə sitayiş edənlərin öldükdən sonra cəsədlərinin parçalanaraq qartallara yedirdildiyi kameralar tərəfindən ilk dəfə olaraq lentə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Səmaya basdırılma" adı verilən bu üsulla ölülərin ruhlarının başqalarının bədəninə keçdiyinə inanılır. Cəsədlərin isə qartallara yedirdilməsinin səbəbi adıçəkilən quşların başqa heyvanları yeməməsinə şərait yaratmaqdan ibarətdir.
Videogörüntülərə əsasən cəsədlər "Səssizlik Qülləsi" adlı yerdə bir neçə saat saxlanıldıqdan sonra budist rahiblər tərəfindən bıçaq və baltalarla parçalanaraq qartalların önünə atılır. Rahiblər cəsədin sümüklərini isə əzilərək toz halına gətirdikdən sonra başqa yeməklərə qarışdıraraq qarğalara yedirdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB