Rusiya "Nənə telefonu"-nu icad etdi

Rusiya "Nənə telefonu"-nu icad etdi

Rusiyanın istehsal etdiyi Just5 Brick markalı telefon Moskva şəhərində təşkil edilən sərgidə nümayiş olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, telefon iri klaviaturası və uzun müddət enerji saxlama funksiyası ilə digər markaları geridə qoyur. Belə ki, telefon özündə 1 həftə müddətində enerji saxlayır. Hər kəsin marağına səbəb olan bu rus markası artıq ABŞ, Rusiya və Avropada 91 dollar məbləğində satışa çıxarılıb.

Məşhur Rus dizayner Artem Lebedev tərəfindən tərtib edilən telefon, yalnız danışmaq və mesajlaşmaq üçün nəzərdə tutulub. Yeni telefon markasının Latviya Orbita Telekom və Rus Just5 şirkətləri tərəfindən ortaq olaraq hazırlandığı bildirilir. Telefonda eyni zamanda radio və fənər funksiyası da mövcuddur. Telefon digər markalardan müasir göstərcilərə görə geri qaldığından, Ruslar el arasında telefonu "Babuşkafon" (Nənə telefon) adlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə