Türkiyənin Bursa şəhərində yaşayan 79 yaşlı qadının orqanları 3 nəfərin həyatını xilas etdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, beyninə qan sızan qadının həyatını xilas etmək mümkün olmadığından, yaxınları onun orqanlarını bağışlamaq qərarına gəlib. Ailə dərhal Bursa Uludağ Universiteti Tibb Fakültəsi Xəstəxanası və Bursa Acıbadem Xəstəxanası Orqan Nəqli koordinatorluğu ilə əlaqəyə girərək, həyatını itirən Gülsün Pakoğlunun 2 böyrəyini və qaraciyərini ehtiyacı olan şəxslərə bağışlamaq istədiklərini bildiriblər. Xəstəxana rəhbərliyi vəfat edənin ailəsinə öz dərin minnətdarlığını bildirərək, onların bu tədqirəlayiq hərəkətini alqışladığnı deyib: "Bir insan həyatını itirdi, amma yaşamaq üçün mübarizı aparan 3 insanı həyata qaytardı. Biz onun böyrəklərinin hər birini böyrək çatışmazlığından əziyyət çəkən 2 müxtəlif xəstəyə, qara ciyərini isə ölüm ayağında olan, yaşamaq uğrunda mübarizə aparan bir xəstəmizə nəql edəcəyik. Biz dünyasını dəyişən Gülsün Pakoğluya allahdan rəhmət diləyirik.Çox istərdim ki, onun ailəsinin etdiyi mərdliyi hər kəs etsin. Bir insanı itirən ailə digər ailələrə sevinc bəxş edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB