OĞLAQLAR lazımsız təşəbbüslər irəli sürməyin yeri deyildir. Könüllü şəkildə öhdənizə götürdüyünüz iş çox çətin ola bilər. Yaxşı-yaxşı düşünün. Öhdəsindən gəlməsəniz, rəhbərlik potensialınıza şübhə ilə yanaşacaq və sizə olan etimadını itirəcəkdir. Gözdən düşməmək üçün bütün işlərinizdə diqqətli olun, etibar etdiyiniz adamlarla məsləhətləşin.
DOLÇALAR cəmiyyətin müxtəlif zümrələri ilə yaxşı münasibətlər quracaqlar. Cəsarətlə təklifləriniz irəli sürə bilərsiniz. İntuisiyanız sizi azdıra bilər. Sizdən yaşlı və təcrübəli olan yoldaşlarınızı dinləyin. Yoxsa ya evdə yaxınlarınızla, ya da işdə rəhbərliklə ağır münaqişəniz olacaqdır.
BALIQLAR bu həftə yeni insanlarla qarşılaşacaqlar. Maliyyə durumunuzda müsbət dəyişikliklər gözlənilir. Bir çoxunuz həyat tərzini dəyişdirmək istəyəcəkdir. Qərar verməkdə çətinlik çəkə bilərsiniz, amma nəzərdə tutduğunuz iş müvəffəqiyyətlə nəticələnəcəkdir. Ümid bəslədiyiniz dəyişikliklər, nəhayət, baş verəcəkdir. Evinizə əl gəzdirib, səliqə-sahman yaradacaqsınız.
QOÇLAR rifahlarını yaxşılaşdırmaq üçün maliyyə məsələlərini həll etməlidirlər. Maraqlı ideyalarınız varsa, cəsarətlə onları icra etməyə başlayın. Bu həftə ünsiyyət üçün əlverişlidir. Yaradıcı ziyalıların nümayəndələri sponsor və mesenatlar, biznesmenlər perspektivli tərəfdaşlarla görüşə bilərlər.
BUĞALAR xərclərinə diqqət yetirməlidirlər. Pulum cibimdə, ağlım başımda deməyin. Pulunuzu saymağa bacarın. Ola bilsin, bu həftə şeytana uyub, qazandıqlarınızı dükanlarda qoyacaqsınız. Yaxşı olar, bir qədər Hacı Qara roluna girəsiniz, çünki yaxın günlərdə maliyyə durumunuz ürəyinizcə olmayacaqdır. Şəxsi həyatda diqqətli olun. Sevdiyiniz adamla anlaşılmazlıqlar böyük narazılıqlara gətirib çıxara bilər.
ƏKİZLƏR işgüzar sahədə böyük uğurlar qazanacaqlar. Görüş və danışıqlarınız əla gedəcək, kommersiya tərəfdaşlarınız ilə münasibətləriniz möhkəmlənəcəkdir. Ehtiyatı əldən verməsəniz, ölçülüb-biçilmiş qərarlar qəbul etsəniz çox şeyə nail ola bilərsiniz. Həftə sonu sizi uzunmüddətli karyera yüksəlişi gözləyir.
Hərəkət harada, bərəkət orada deyən XƏRÇƏNGLƏR işdən qaçmırlar. Bu həftə işləmək əzminiz həm həmkarlarınızı, həm də rəhbərliyi mat-məəttəl qoyacaqdır. Heç gözləmədiyiniz halda maraqlı və faydalı insanlarla görüşəcəksiniz. Bu görüşlərdə əldə etdiyiniz razılaşmalar problemlərinizi həll etməyə və təxirəsalınmaz işlərinizin həlli yollarını cızmağa imkan verəcəkdir.
ŞİRLƏR planlaşdırdıqları bütün işləri asanlıqla həll edəcəklər. Bu həftə enerjiniz, təzə ideyalarınız böyük səs-küy yaradacaqdır. İnsanlar təşəbbüs və planlarınızı dəstəkləyəcəklər. Bütün bunlar daha çox işdə təzahür edəcəkdir. Rəhbərlik təkliflərinizi diqqətlə dinləyəcək, onları qəbul edəcək, həmkarlar isə icrasına kömək edəcəklər. Məqsədə çatmaq üçün ənənəvi prinsiplərinizdən əl çəkməlisiniz.
QIZLAR təmkinlərini pozmamalıdırlar. Vurnuxmaq və tələskənlik yolverilməzdir. İşləriniz diqqətinizi cəmləməyi tələb edəcəkdir. Yoxsa onları başa çatdırmaq çox çətin olacaqdır. Yaxınlarınızın köməyinə bel bağlaya bilərsiniz. Onlar qayğılarınızın bir hissəsini öz üzərilərinə götürməyə hazırdırlar.
TƏRƏZİLƏR yaradıcılığa meyil edəcəklər. Yeni hobbiniz yarana bilər. Bu həftə sizin üçün çox maraqlı olacaqdır, çünki niyyətləriniz həyata keçməyə başlayacaq, təzə ideyalarınız real cizgilər alacaqdır. Bütün şübhələrdən qurtulun, özünüzə inanın, onda sürətlə irəli getmək üçün heç bir əngəliniz olmayacaqdır.
ƏQRƏBLƏR işgüzar tərəfdaşlarla münasibətlərdə problem yaratmamaq üçün ehtiyatlı olmalıdırlar. Bu həftə heç kəsə söz verməyin, çünki vədinizə xilaf çıxa bilərsiniz. Bu günlər vəziyyət ciddi addımlar atmağı, davranış taktikasını dəyişdirməyi tələb edəcəkdir. Onda böyük uğur qazana bilərsiniz.
OXATANLAR bütün məsələlərin öhdəsindən məharətlə gələcəklər. Tənbəlliyin daşını atsanız, əmin olun ki, işdəki fəallığınız və çalışqanlığınız diqqətdən yayınmayacaqdır. Bu keyfiyyətləriniz həyatınızın bütün sahələrində müsbət dəyişikliklərə rəvac verəcəkdir. Nikbinliyiniz və dil tapmaq bacarığınız layiqincə qiymətləndiriləcəkdir. Ətrafınıza çoxlu dost və məsləkdaş toplayacaqsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB