Sinqapurun "Staits Times" qəzeti öz səhifələrində Sinqapur Milli Universitetinin professoru R.Mallamptainin 2 il ərzində apardığı maraqlı tədqiqat işi barədə məlumat dərc edib. SİA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, içməli suyun ağır metallardan və pestisidlərdən təmizlənməsində süzgəc və adsorbent rolu oynayan alma və pomidor qabıqlarından istifadə gələcəkdə böyük fayda verə bilər.
Aparılan tədqiqat işinin nəticələrinə görə, təxminən 8 ədəd pomidor qabığı 1 saat ərzində 1 litr suyu ağır metalların ionlarından tamamilə təmizləmək qabiliyyətinə malikdir. Az miqdarda sirkonium oksidi məhlulu əlavə edilmiş alma qabıqları isə suyun tərkibində olan fosfat anionlarını, xrom birləşmələrini və digər zərərli maddələri asanlıqla adsorbsiya edə bilər.
Tədqiqatçının gəldiyi qənaətə görə, həmin metoddan istifadə etməklə 800 milyon əhalini içməli su ilə təmin etmək olar.
Qeyd edək ki, Statistik məlumatlara görə, bütün dünya üzrə yetişdirilən pomidorun üçdə bir hissəsi emal müəssisələrinə göndərilir və təmizlənərkən ayrılan qabıq hissələri tullantı kimi atılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB