Yaponiya alimlərinin yeni icadı

Yapon alimləri tərkib hissəsi nanoliflərdən ibarət yeni material hazırlayıblar. SİA-nın İtar-tass agentliyinə istinadən verdiyi xəbərə görə, tor şəklində olan həmin material 500 nanometr qalınlığa malikdir və onkoloji xəstəliklərin müalicəsində istifadə üçün nəzərdə tutulub. Tədqiqat qrupunun rəhbəri M. Ebaranın sözlərinə görə, müalicə zamanı həmin material bədənin bədxassəli şiş olan nahiyəsinə yerləşdirilir və üzərinə xususi preparat yaxılır. Dəyişən maqnit sahəsinin təsiri altinda nanolifli tor qızdırılır ki, bu zaman yaranan istilik effektinin təsirindən problemli toxumaların parçalanması prosesi baş verir. Hazırda onkoloji xəstələrin mualicəsində geniş istifadə olunan prosedurlar - kimyəvi və termoterapiya zamanı həmin materiallardan istifadənin effektivlik dərəcəsinin artırılması məqsədilə işlərin davam etdirildiyi bildirilir.

M. Ebara icad etdikləri materialın yaxın vaxtlarda laboratoriya şəraitində canlılar uzərində tətbiqi, müsbət nəticələr əldə olunduqdan sonra isə, insanlar üzərində kliniki sınaqlara baslayacaqları barədə açıqlama verib.

Əkbərov Cavid

Bütün xəbərlər Facebook səhifəmizdə