2013-сü ilin sonunda Böyük Britaniyanın ictimai yollarında robotlaşdırılmış sürücüsüz avtomobillər testdən keçiriləcək. İndiyə qədər belə testlər yalnız qapalı ərazilərdə aparılıb.
Birinci testlərdə Oksford mütəxəssislərinin məxsusi hazırladıqları "Nissan Leaf" elektromobili iştirak edəcək. O, magistralda verici və videokameraların köməyi ilə hərəkət edəcək.
Güman edilir ki, belə maşınlar insanların idarə etdikləri adi avtomobillərlə müqayisədə daha təhlükəsiz və səmərəli nəqliyyat vasitəsi olacaq.
Test zamanı "Nissan" elektromobilinin kabinəsində təhlükəsizlik tədbiri kimi sürücü oturacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB