Fərqli millətlərdən olan elm adamlarının etdiyi 13 araşdırmada xoşbəxt olmaq üçün 8 sadə təklif veriblər
1. Gecə 6 saatdan çox yatın
Araşdırmaçılar, gecə 6 saatdan çox yatan (ortalama 6 saat 15 dəqiqə) yetkinlərin günə yaxşı başladığını ifadə etdi. Uşaqlara və gənclərə isə 8 saat yatmaları məsləhət görülür.
2. Hədəfləriniz olsun
Uzun və ya qısa müddətli hədəfi olanlar kədərdən daha asan qurtulur. Hədəflər həyata məna qatır, ətrafla əlaqələrin daha möhkəm olmasına kömək edir.
3. Həyatınızda daha çox mavi rəng olsun
Mavi rəng insanın özünə etibarını artırır və stressi azaldır. Bu isə xoşbəxtlikdə əhəmiyyətli rol oynayır.
4. Yenilikləri qəbul edin
Yenilikləri qəbul edən kəslər daha xoşbəxt olurları.
5. Səbrli olun
Xoşbəxtlik gözləməkdən yaranır. Gözəl anların dəyərini daha yaxşı anlaya bilmək üçün, səbirli olmaq lazımdır.
6. Başqalarına kömək etmək
Hədiyyə alanlar, pulla köməklik edənlər ya da xeyir iş görənlər başqalarını xoşbəxt etdikləri üçün, daha xoşbəxt olurlar.
7. Yaxşı dostlar əldə edin
İctimai əlaqələr xoşbəxtlik üçün əhəmiyyətli olduğundan, möhkəm yoldaş əlaqələri quranlar daha xoşbəxt olurlar.
8. Sevin
Sevgi, eşq və həyatı bir başqasıyla paylaşmaq xoşbəxtlikdə böyük rol oynayır.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB