Dəniz tunelinə 42 milyard dollar...

Dəniz tunelinə 42 milyard dollar...

Çin Bohay körfəzindən keçən dünyada ən uzun sualtı tunelin tikintisi üzrə planın icrasında yaranmış çətinliyi aradan qaldırmaq üçün 260 milyard yuan və ya təxminən 42 milyard dollar sərmayə yatıracaq. Yerli KİV-lərdə yayılmış məlumata görə, tunel Çinin şərq və şimal-şərq rayonlarını birləşdirəcək.

Ümumi uzunluğu 123 kilometr olacaq tunel ölkənin şimal-şərqi əyaləti Lyaoninin Dalyan şəhərindən şərqi Şandun əyalətinin Yantay şəhərinədək uzanacaq.

Yerli KİV-lərdə yayılan məlumata görə, tunel iki region arasında məsafəni 620 mil qısaltmağa kömək edəcək.

Çin inşaat planlarını hələ 1994-cü ildə elan edib.

Tunelin tikintisini 2010-cu ilədək başa çatdırmaq üçün 10 milyard dollar ayrılsa da, layihə 20 ildən çox müddət ərzində planlaşdırma mərhələsində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə