QOÇLAR üçün bu həftə maraqlı və rəngarəng hadisələrlə zəngin olacaq. İşgüzar görüşlər, maraqlı layihələr və mümkün ezamiyyət. Həmkarlarınızın və rəhbərliyin cəlbedici təkliflərindən imtina etməyin. Yeni iş qura bilərsiniz.
BUĞALARIN əli işdən soyumamalıdır. Evdə xırda narazılıqlar işinizə mane olmamalıdır. İşdə qarşınızda yeni perspektivlər açılıb. Yeni öhdəliklər vaxtınızın çoxunu alacaqdır, lakin gərgin əməyinizin əvəzini tezliklə üçqat alacaqsınız.
ƏKİZLƏR biznes tərəfdaşlarını diqqətlə seçməlidirlər. Bəzi aldadıcı təkliflər biznesiniz üçün çox təhlükəli ola bilər. Qısamüddətli gəlirə bel bağlamayın. Uzunmüddətli perspektivlər barədə düşünün. Həftə sonunu yaxın dostların əhatəsində keçirin.
XƏRÇƏNGLƏRİN işləri yüksələn xətlə inkişaf edəcək, amma işiniz sizi çox darıxdıracaq. Qanınızı qaraltmayın. Bütün işlərinizi səliqə ilə, qüsursuz görməyə çalışın. İşinizə yaradıcı yanaşsanız, bir o qədər də darıxmayacaqsınız və müsbət enerji alacaqsınız.
ŞİRLƏR öz xərclərinə diqqət yetirməlidirlər. Ola bilsin, sizi uzunsürən maliyyə böhranı gözləyir. Ona görə də bahalı şeylər almağı yaxşı vaxtlara saxlayın. Uğuruna inanmadığınız işlərə başlamayın. İntuisiyanıza güvənin.
QIZLAR ikibaşlı vəziyyətə düşə bilərlər. Bir tərəfdən çox cəlbedici bir təklif alacaqsınız, digər tərəfdən həmin təklifi qəbul etmək iqtidarında olmayacaqsınız. Yaxşı-yaxşı düşünmək üçün taym-aut götürməyə çalışın. Qərarınızdan çox şey asılıdır.
TƏRƏZİLƏRİN istirahət etməsi üçün ideal həftədir. Rəhbərlikdən məzuniyyətə getmək icazəsi ala bilsəniz, kefiniz istəyən kimi dincəlin. Amma ailənizi və yaxınlarınızı unutmayın, çünki sizi güclü edən məhz onlardır.
ƏQRƏBLƏR işdən başqa ailə və dostlarının olduğunu xatırlamalıdırlar. Yaxşı olar, bu istirahət günləri əvvəlcə ailə içində məclislər, sonra isə dostlarla görüşlər təşkil edəsiniz. İşdəki problemlərinizin öhdəsindən gəlməyə dostlarınız kömək edəcək. Məhz indi onların məsləhətinə böyük ehtiyacınız var.
OXATANLAR işdə bütün hadisələrin mərkəzindədirlər. Həmkarlarınız sizdən yardım istəyəcəklər. İmtina etməyin. Sizin insanlara diqqətli münasibətiniz gözdən yayınmayacaq və minnətdarlıqla qarşılanacaq. Lakin özünüzü də unutmayın. Həftə sonu güc toplamaq üçün təbiətin qoynuna çıxmağınız məsləhətdir.
OĞLAQLARI işdə maraqlı layihələr gözləyir. Onları icra etmək üçün asudə vaxtınızı qurban verməli olacaqsınız. Gücünüzü düzgün hesablamalısınız ki, vəzifələrinizi ən yüksək səviyyədə yerinə yetirə biləsiniz. Unutmayın ki, rəhbərlik sizə inanır və sərt çərçivəyə salmaq niyyətində deyildir. Verilən tapşırıqların icrasını uzatmayın.
DOLÇALAR işdə səliqəli olmalıdırlar. Kiçik bir səhv arzuolunmaz nəticələr verə bilər. Məsələn, rəhbərliklə aranız dəyə bilər. Üstəlik, istirahət günləri dincəlmək əvəzinə tər tökməli olarsınız. Belə hallarla üzləşmək istəmirsinizsə, bir iş görməmişdən əvvəl yüz ölçüb bir biçin.
BALIQLAR son günlər gərgin işləyiblər və rəhbərliyin rəğbətini qazanıblar. İşiniz barədə müsbət rəylər başınızı gicəlləndirməməlidir. Təvazökar olun, yoxsa bədxahlar ordusunun sıraları yağışdan sonra göbələk kimi çoxalacaq. Yaxşı olar, özünüzü təvazökar aparasınız. Unutmayın ki, ağac bar verdikcə, başını aşağı salar. Məzuniyyətə də elə bu ovqatla gedin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB