Belçikanın Pivə İstehsalçıları Assosiasiyası hökumət orqanlarının dəstəyi ilə Brüsseldə mərkəzi Qran-Plyas meydanının yaxınlığındakı paytaxt birjasının binasında "pivə məbədi" açacaq.
SİA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Amsterdamdakı "Heineken Experience" və Dubaydakı "Guiness Storehouse" ilə oxşar olan interaktiv muzeyin yaradılmasının məqsədi bu sərinləşdirici içkinin hazırlanması prosesini nümayiş etdirməklə, buraya gələnləri Belçikanın pivə istehsalı sənayesi ilə tanış etmək.
Hər il pivə istehsalçılarının beynəlxalq müsabiqələrində Belçika pivəsi ən yüksək mükafatlara layiq görülür. Belçikalılar ölkələrində pivənin 450-dək növünün istehsal olunması ilə fəxr edirlər.
Maraqlıdır ki, əla Belçika pivəsinin hər növünün orijinal formalı firma bokalı var.
Belçikada ənənəvi açıq rəngli yüngül pivə ilə yanaşı, bu məhsulun abbatlıqlarda istehsal edilmiş geniş çeşidlərinə də böyük tələbat var.
Onların arasında açıq havada qıcqırdılan unikal pivə növləri, meyvə pivələri, xüsusilə məşhur gilənar pivəsini göstərmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB