Qadın polis, vətəndaşı vəhşicəsinə döydü

Qadın polis, vətəndaşı vəhşicəsinə döydü

İsveçin paytaxtı Stokholmda qadın polis sərxoş vətəndaşı yerə yıxaraq vəhşicəsinə döyüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qışqıraraq küçədə gəzən sərxoşu sakitləşdirməyə çalışan qadın polis, bunu bacarmayacağını görüb, əlindəki dəyənəklə onu döyməyə başlayıb. Hirsi bununla soyumayan qadın polis, xüsusi xidmət itinin də onun üzərinə hücüm etməsinə şərait yaradıb.

Qeyd edək ki, bu şiddət dolu gürüntülər İsveç mediasının gündəm xəbəri olub. Onlar qadın polisin hərəkətini pisləyərək, onun məsuliyyətə cəlb olunmasını istəyiblər. Bununla əlaqədar polis barəsində istintaq araşdırmaları başlayıb. İstintaqa rəhbərlik edən prokuror Mats Ahlu: "Çəkilən video görüntülər hadisəni tam şəkildə özündə əks etdirib. Düşünürəm ki, vətəndaşı bu hala gətirməyin özü bir vəhşilikdir, polis törətdiyi əmələ görə cavab verməlidir", -deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə