1. Yuxularımızın 90%-ni unuduruq.
Oyandıqdan sonrakı 5 dəqiqə ərzində yuxumuzun 50%-ni,10 dəqiqə içində isə 90%-ni unuduruq.
2. Korlar da yuxu görür.
Əsas da əvvəlcə görən sonradan isə görmə qabiliyyətini itirənlər də eynilə bizim kimi yuxu görürlər. Lakin dünyaya gələn ilk gündən kor olan insanlar yox.
3. Hər kəs yuxu görür.
Psixoloji problemi olan insanlardan başqa hər kəs yuxu görür. Yuxu görməklərini bildirən insanlar da əslində yuxu görür, lakin yuxularını tez unudurlar.
4. Yuxumuzda sadəcə tanıdığımız simaları görürük.
Bəzən yuxumuzda çoxlu sayda yad insan görə bilərik, ancaq bunlar ağlımızın uydurması deyil. Zehnimiz simalar yaratmaz. Yuxumuzda gördüyümüz simalar həyatımızda qarşılaşdığımız, ancaq xatırlaya bilmədiyimiz, yaxud kimə aid olduğunu bilmədiyimiz üzlərdir. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxularımızda da sonsuz sayda üz görmək bacarığına sahibik.
5. Hamı yuxularını rəngli görmür.
Gözləri görən insanların 12%-i yuxularını ağ-qara görür.Yerdə qalanı isə rəngli görür. 1915-ci il ilə 1950-ci il arasında edilən araşdırmalara görə, yuxuların çoxu ağ-qara görülürdü. Ancaq nəticələr 1960-cı ildən etibarən dəyişməyə başladı. Hal-hazırda 25 yaşdan aşağı insanların sadəcə 4,4%-i yuxularını ağ-qara görür. Son araşdırmalar bunun səbəbini ağ-qara film və televizyadan rəngliyə keçməmizdə görür.
6. Yuxular simvolikdir.
Bir mövzu üzrə gördüyümüz yuxu əslində o mövzuyla əlaqədar deyil. Biz yuxumuzdakıları hansısa simvollar vasitəsilə xatırlayırıq.
7. Duyğular.
Yuxularda ən çox hiss edilən duyğu qorxudur. Pozitiv duyğulardan çox, neqativ yuxular görünür.
8. Bir gecədə maksimum 7 yuxu görə bilərsiniz.
Araşdırmalara görə bir gecə ərzində 4-7 yuxu görə bilərik və hər gecə 1 və 2 saat yuxu görürük.
9. Heyvanlar da yuxu görür.
Bir çox heyvan üzərində edilən araşdırmaya görə, heyvanlar da insanlar kimi yuxu görür. Bir itə o yatarkən baxsanız, onun ayaqlarını tərpətdiyini görərsiniz.
10. Yuxu iflici.
Dərin yuxuya getdiyimizdə beynimizdə bir sistem hərəkət edər və bədənimizin hərəkət etməsinin qarşısını alar.
11. Yuxunu real həyatla birləşməsi.
Zehnimiz bədənimizin həmin vaxt həqiqətən eşitdiyi və ya hiss etdiklərini yuxularımızda birləşdiə bilər. Misal olaraq, yuxuda özümüzü bir konsertdə mahnıya qulaq asarkən görürük, lakin həmin vaxt radioda musiqi səslənə bilər.
12. Qadınlar və kişilər fərqli yuxu görür.
Kişilər daha çox elə kişilər haqqında yuxular görür. Yəni bir kişinin yuxusunda gördüyü adamlarln 70%-ni kişilər təşkil edir. Kişilər daha aqressiv yuxular gördüyü halda, qadınların yuxusu daha sakitdir.
13. Gələcəkdən xəbər verən yuxular.
Edilən araşdırmalara görə insanların 18%-i ilə 38%-nin yuxularında gələcəklə əlaqə haqqında nəsə gördüyünü, 70%-nin bu hissi yaşayır. Yuxularda gələcəyin görülə biləcəyinə inanan insanlar isə 63% ilə 98% arasında dəyişir.
14. Xoruldayırsınızsa,yuxu görə bilməzsiniz.
Elmi şəkildə sübut edilməsə də, edilən araşdırmalarda xoruldayan insanların daha az sayda, daha qısa və daha tez unudulan yuxuları gördüyü nəticəsinə gəlinib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə